Image

Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb

2026-cı ilin yanvar-oktyabrında Azərbaycanın qeyri-neft ixracı qeyri-monetar qızıl nəzərə alınmadan ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayı üzrə açıqladığı ilkin məlumatlarda bildirilib.

Oktyabrda qeyri-neft ixracı ötən ilin eyni ayı ilə müqayisədə 23% artaraq 414,2 milyon dollar təşkil edib. Yeyinti məhsullarının ixracı 115,2 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 29,9% artımla 280,7 milyon dollar olub.

Yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı 2,4 dəfə artıb. Alüminium və ondan hazırlanan məmulatların ixracı 39,2%, qara metallardan hazırlanan məmulatların ixracı 34%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27,1%, mis və ondan hazırlanan məmulatların ixracı 24,9% artıb. Üzvi kimyəvi birləşmələr üzrə artım 16,1%, pambıq üzrə 14,2%, tərəvəz üzrə 11,6%, qəhvə və çay üzrə 10,9%, yeməli meyvələr üzrə isə 6,7% təşkil edib.

On ayda aqrar məhsulların ixracı 12,7% artaraq 866,9 milyon dollara, aqrar-sənaye məhsullarının ixracı isə 28,8% artaraq 334,9 milyon dollara çatıb. Bu iki istiqamət üzrə ümumi ixrac 16,7% artımla 1,2 milyard dollar təşkil edib.

Mənbə: anews.az

Xəbər lenti

Məzənnə açıqlanıb

Bir evdən iki meyit tapıldı

Zelenski Dublinə gedib