ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) digər dövlət qurumları ilə birgə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) silah sistemləri, ikili təyinatlı texnologiyalar və sanksiya altındakı materialları Xəzər dənizi və quru marşrutları ilə daşımasının qarşısını almaq üçün əməliyyatlar apardığını açıqlayıb.
Komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Hörmüz boğazında əsas gəmiçilik marşrutunu minalardan təmizləyərək kommersiya daşımalarının təhlükəsizliyini gecə-gündüz təmin edirlər. ABŞ qüvvələrinin dəstəyi ilə boğazdan 4 minə yaxın gəmi keçib və yay mövsümünün əvvəlindən bəri 1,7 milyard barel neft nəql olunub.
CENTCOM İrana qarşı sərt dəniz blokadası rejiminin davam etdirildiyini və SEPAH-ın qanunsuz maliyyə axınlarının kəsilməsi istiqamətində tədbirlərin gücləndirildiyini vurğulayıb.
Mənbə: anews.az