Image

Vinisius gecəni gözəl blogerlə keçirib məşqə gecikdi

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior bu dəfə futbol meydanından kənarda gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, hücumçunun Madrid klubunda narazılığa səbəb olan hadisə yaşadığı iddia olunur. Belə ki, Vinisius komandanın səhər məşqinə vaxtında gəlməyib.

Məlumata görə, braziliyalı futbolçu gecəni Madridin hotellərindən birində amerikalı model Katarina Deme ilə keçirib. İddialara əsasən, Vinisius hoteldə yatıb qaldığı üçün komandanın məşqinə nəzərdə tutulan vaxtda çata bilməyib.

Hadisənin "Real Madrid" rəhbərliyində narazılıq yaratdığı bildirilir.

Qalereya

Mənbə: baku.ws

Xəbər lenti

Məzənnə açıqlanıb

Bir evdən iki meyit tapıldı

Zelenski Dublinə gedib