Image

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1 172,7 manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Oktyabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onların 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışanların ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb. Bu sahənin məşğulluqda payı 18,7 faiz təşkil edib. Təhsil sektorunda çalışanların payı 17,6 faiz, sənayedə 13,9 faiz, səhiyyə və sosial xidmətlərdə 8,6 faiz olub.

İşçilərin 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta, 2,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıb. Digər iqtisadi fəaliyyət sahələrinin payı 15 faiz olub.

Mənbə: anews.az

Xəbər lenti

Məzənnə açıqlanıb

Bir evdən iki meyit tapıldı

Zelenski Dublinə gedib