Image

Kubanıçbek Ömüralıyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub

Türk Dövlətləri Təşkilatının (TDT) keçmiş Baş katibi, səfir Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun (TİF) prezidenti təyin olunub.Bu barədə TDT məlumat yayıb.

Təşkilatın Katibliyi Kubanıçbek Ömüraliyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Kubanıçbek Ömüraliyev 2022-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək TDT-nin Baş katibi vəzifəsində çalışıb.

Mənbə: anews.az

Xəbər lenti