Image

Ərdoğan İran–ABŞ gərginliyinin azaldılması üçün vasitəçilik təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkyanla telefon danışığı aparıb.

Tərəflər Türkiyə–İran ikitərəfli münasibətlərini, həmçinin regionda artan hərbi gərginliyi müzakirə ediblər.

Danışıq zamanı Ərdoğan gərginliyin azaldılması və problemlərin diplomatik yolla həlli məqsədilə Türkiyənin İran və ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu bildirib.

 Son həftələr Yaxın Şərqdə təhlükəsizlik riski artıb, İran ətrafında baş verən proseslər isə beynəlxalq aktorların diplomatik fəallığını gücləndirib. Ankara daha əvvəl də regional münaqişələrin həllində dialoq və vasitəçilik təşəbbüsləri ilə çıxış edib.

Aytac 

Xəbər lenti