Image

Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında vəfat edib

Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında vəfat edib, The Guardian çərşənbə axşamı onun meneceri Ceki Leqqoya istinadən bildirib.

Leqqonun sözlərinə görə, aktrisa ailəsinin əhatəsində öz evində dinc şəkildə dünyasını dəyişib. 1932-ci ildə Qlazqoda anadan olan Lou karyerasına teatrda başlayıb, daha sonra televiziya və kinoda çoxsaylı rollar oynayıb. O, “Peter's Friends”, “Much Ado About Nothing”, “Emma” və “The Winter Guest” filmlərində çəkilib.

Lou 1957-ci ildə aktyor Erik Tompsonla ailə qurub və 1982-ci ildə onun ölümünədək evli qalıb. Onların iki qızı — “Oskar” mükafatlı aktrisa Emma Tompson və aktrisa Sofi Tompson var. Lou sonuncu dəfə 2020-ci ildə “Then Came You” filmində ekrana çıxıb.

Mənbə: anews.az

Xəbər lenti