Ermənistan və Hindistan hərbi-texniki əməkdaşlığı müzakirə edib
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan çərşənbə axşamı Hindistanın müdafiə katibi Rajeş Kumar Sinq ilə müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlığı müzakirə edib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, görüş avqustun 18-də nazirliyin inzibati kompleksində keçirilib.
Tərəflər Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələləri nəzərdən keçiriblər.
Mənbə: anews.az