Image

BƏƏ İrandan atılan iki ballistik raket aşkarladığını bildirib

Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri İrandan ölkə istiqamətində atılan iki ballistik raket aşkarlayıb, BƏƏ Müdafiə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara, digəri isə ölkənin ərazi sularına düşüb.

İnsident nəticəsində itki və ya dağıntı olub-olmadığı barədə məlumat verilməyib. Müdafiə Nazirliyi mümkün təhdidlərə cavab vermək üçün tam hazırlıq vəziyyətində olduğunu bildirib.

Mənbə: anews.az

Xəbər lenti