Image

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir işçi ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: anews.az

Xəbər lenti