Image

TƏBİB 6 saylı Uşaq Xəstəxanasındakı görüntülərə aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyəti əks etdirən fotolarla bağlı açıqlama yayıb.

Qurumun sorğuya cavabında bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada yerləşir.

"Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir.

Avqustun 20- də jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında 6 saylı Uşaq Kliniki Xəstəxanasındakı yararsız və baxımsız şəraiti əks etdirən fotoşəkillər paylaşaraq ictimai narazılığa səbəb olub.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti