Image

Zəngəzur elektrik verilişi xəttinin birinci mərhələsi üzrə işlərin 97%-i tamamlanıb — "Azərenerji"

Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas enerji sistemi ilə birləşdirəcək və "Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa" beynəlxalq enerji dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur elektrik verilişi xəttinin birinci mərhələsinin inşası yekunlaşmaq üzrədir.

"Azərenerji" ASC-nin məlumatına görə, Cəbrayıldan Ağbəndədək uzanan 74 kilometrlik, 330 kV-luq ikidövrəli yüksəkgərginlikli xəttin buraxılış qabiliyyəti 1000 MVt təşkil edəcək. Hündürlüyü təxminən 45 metr, çəkisi isə 30 tondan çox olan 296 dirəkdən ibarət xətt üzrə işlərin 97%-i tamamlanıb və layihə mürəkkəb relyefə baxmayaraq qrafiki qabaqlayır. Növbəti mərhələlərdə Ordubaddan Naxçıvana (100 km), Zəngəzur dəhlizi boyunca (44 km) və Naxçıvandan Türkiyəyə (230 km) yeni xətlərin çəkilişi planlaşdırılır.

Layihə Naxçıvanın milli enerji şəbəkəsinə tam inteqrasiyasını təmin etməklə yanaşı, muxtar respublikanın xarici ölkələrdən tezlik tənzimlənməsi asılılığını aradan qaldıracaq, Avropa bazarlarına çıxış və "yaşıl" enerjinin ixracı üçün geniş imkanlar açacaq.

Mənbə: anews.az

Xəbər lenti