Image

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 26-da başlayacaq.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, müsahibələr sentyabrın 2-dək davam edəcək. Mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən müsahibə proqramına uyğun qiymətləndiriləcək.

Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək imkanı əldə edəcəklər.

Qeyd olunub ki, namizəd şəxsi səhifəsində göstərilən tarixdə müsahibədə iştirak etmədikdə bu, seçdiyi vakant yerdən imtina kimi qeydə alınacaq. Bu halda həmin namizədin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin edilməyəcək.

Mənbə: anews.az

Xəbər lenti