Çin XİN növbəti dəfə ABŞ və İranı danışıqlara çağırıb
Çin Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə ABŞ və İranı dialoqa və danışıqlara qayıtmağa çağırıb.Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Tszyan "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, Çin BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan tətbiq edilən birtərəfli sanksiyalara qarşıdır.
"Çin hesab edir ki, hərbi güc tətbiqi, sanksiyalar və təzyiq problemin həllinə kömək etmir, əksinə, gərginliyi artırır. Bu cür addımlar heç bir tərəfin maraqlarına cavab vermir. Biz bütün tərəfləri məsuliyyətli addımlar atmağa, fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq", - Lin Tszyan bildirib.
Mənbə: anews.az