İsmayıllıda toyda kütləvi zəhərlənmə: 24 nəfər xəstəxanaya müraciət edib - Yenilənib
İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) ötən gün saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən cavab olaraq bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
12:39
İsmayıllı rayonunun Hacıhətəmli kəndində fərdi yaşayış evinin həyətində keçirilən toy mərasimindən sonra 24 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidməti məlumat yayıb.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb. Vətəndaşların səhhəti qənaətbəxş qiymətləndirilir.
Hadisə ilə bağlı AQTA mütəxəssisləri aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb, qida və su nümunələri götürülərək laborator müayinələrə göndərilib. Zəhərlənmənin dəqiq səbəbləri yoxlamaların yekununda müəyyən olunacaq.
Mənbə: anews.az