Image

Bakıda azyaşlı bacısına qarşı cinayətdə təqsirli bilinən şəxsə 7,5 il həbs verilib - məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsi azyaşlı bacısına qarşı  cinayət törətməkdə təqsirli bilinən şəxsə 7 il 6 ay həbs cəzası verib.

Məhkəmə materiallarına görə, hadisə 2025-ci ilin əvvəlində Bakıda baş verib. Təqsirləndirilən şəxs həmin vaxt 17, bacısı isə 14 yaşında olub. Hadisədən sonra qız hamilə qalıb və daha sonra uşaq dünyaya gətirib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə günü spirtli içki qəbul edib və baş verənləri xatırlamır. Onun sözlərinə görə, əməli qəsdən törətməyib.

O həmçinin bildirib ki, hadisə zamanı ailənin digər üzvləri də evdə olub. Hadisədən sonra hərbi xidmətə yollanan şəxs bacısının uşaq dünyaya gətirdiyini yalnız məzuniyyətə gəldiyi zaman öyrəndiyini deyib.

Zərərçəkmiş məhkəmədə qardaşının həmin gün evə sərxoş vəziyyətdə gəldiyini və hadisənin bundan sonra baş verdiyini bildirib. O, hamilə olduğunu uzun müddət bilmədiyini və bunu yalnız tibbi müayinə zamanı öyrəndiyini deyib.

Zərərçəkmiş məhkəmədən qardaşının azad edilməsini xahiş edib.

Məhkəmə araşdırmasının nəticələrinə əsasən, təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tatyana Kryuçkina

 

Mənbə: anews.az

Xəbər lenti