Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyulub
Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlini qoyublar.
Park Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli ənənələrini əks etdirən ictimai məkan kimi yaradılacaq.
Parkın Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməsi nəzərdə tutulur.
Bakıda “Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan” parklarının salınması iki ölkə arasında tarixi dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın rəmzi kimi qiymətləndirilir.
Mənbə: anews.az