Image

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

Pakistanın ordu komandanı feldmarşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 24-də İrana səfər edəcək.Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Səfərin İran və Pakistan arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, həmçinin Pakistanın regionda sülh və təhlükəsizliyin təşviqi istiqamətində səylərinin davam etdirilməsinə xidmət edəcəyi qeyd olunub.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin İranın yüksəkvəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq