Image

Prezident Tokayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla başa çatması münasibətilə təbrik məktubu göndərib.

İlham Əliyev məktubunda seçkilərin Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcı olduğunu bildirib.

Azərbaycan Prezidenti seçkilərin ölkənin inkişafına, həyata keçirilən genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin reallaşdırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib və Qurultayın fəaliyyətinə uğurlar arzulayıb.

İlham Əliyev Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, iki ölkə arasında fəal siyasi dialoqun strateji tərəfdaşlığın möhkəmlənməsinə və yeni məzmun qazanmasına töhfə verdiyini qeyd edib.

Prezident Azərbaycan və Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Tokayevə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq