Image

Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq

Avqustun 24-də Cəlilabad rayonunun 30 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Report”un məlumatına görə, buna səbəb yararsız elektrik naqillərinin yenilənməsi ilə bağlı aparılacaq işlərdir.

Belə ki, saat 10:00-dan 13:00-dək 2 280 abonentin yaşadığı Kövüzbulaq, Zəhmətabad, Musalı, Ləkin, Əsədli, Şatırlı, Badamağac və Buravar kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Saat 15:00-dan 17:00-dək isə Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Hacıcavadlı, Çünzəli, Soyuqbulaq, Vənlik, Güneyli, Darlıq, Ağbulaq, Axtaxana, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Bəcirəvan, Şıxlar, Həziabad və Alaşar kəndlərində 9 755 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

Yenilənmə işlərinin başa çatmasından sonra yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatının bərpası nəzərdə tutulur.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq