Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Bankının "Davr Bank" layihəsi, "Matanat-A" şirkətinin gips zavodu və "Landau Education Group"un "Landau" adına iki STEAM məktəbi istifadəyə verilib.
Bundan əlavə, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, "Agalarov Development" şirkətinin "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin, "TuranAZ" şirkətinin "Baku City" yaşayış kompleksinin, "Sur Gold and Silver Project" çərçivəsində gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin və "Gold Fresh Fruits" layihəsi üzrə meyvə bağlarının təməli qoyulub.
Mənbə: anews.az