Image

Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - Yenilənib

Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

İlham Əliyev abidənin önünə əklil qoyub.

Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir.

Abidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib. Onu sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi simvolizə edən, qanadlarını geniş açmış Humay quşunun obrazı tamamlayır.

***

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 40 dərəcə isti olacaq