Image

Qazaxıstanda parlament seçkilərində hakim Adilet Partiyası böyük üstünlüklə qalib gəlib

Qazaxıstanda yeni birpalatalı parlamentə keçirilən seçkilərdə səslərin hesablanması başa çatıb və yeddi iştirakçı partiyadan beşi parlamentə keçmək üçün tələb olunan 5%-lik baryeri aşıb.

İlkin nəticələrə əsasən, hakim Adilet Partiyası 71,17% səslə seçkilərdə böyük üstünlüklə birinci olub. Awil 6,26%, Respublika 5,56%, Ak Jol 5,21%, Ümumxalq Sosial Demokrat Partiyası (APSDP) isə 5,11% səs toplayıb.

Seçkilərdə seçici fəallığı 74,08% təşkil edib.

Adilet Partiyası 2026-cı ilin mayında təsis edilib və iyunda dövlət qeydiyyatına alınıb. Daha sonra Qazaxıstanın ən nüfuzlu siyasi qüvvələrindən biri hesab olunan və 1999-cu ildə ölkənin ilk prezidenti Nursultan Nazarbayev tərəfindən yaradılan Amanat Partiyası ona qoşulub.

Amanat 2022-ci ilə qədər Nazarbayevin rəhbərlik etdiyi partiya olub. Daha sonra partiyaya hazırkı prezident Qasım-Jomart Tokayev rəhbərlik edib.

Partiya rəhbərliyi Adilet ilə birləşmənin əsas məqsədinin siyasi qüvvəni Nazarbayevin siyasi irsindən və “siyasi yükündən” ayırmaq olduğunu bildirib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Peskov Paşinyana cavab verib