Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisaslarla yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas kodlarını da göstərə bilərlər.
DİM-in məlumatına görə, müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması barədə geniş məlumat yaxın günlərdə nəşr olunacaq "Abituriyent" jurnalının 7-ci sayında dərc ediləcək.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları isə jurnalın 5-ci sayında dərc olunub.
Mənbə: anews.az