Image

ADY: Şəhərətrafı qatarların hərəkət cədvəli yenilənir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar avqustun 25-dən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.Bu barədə ADY-dən məlumat verilib.

Dəyişiklik Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən qatarları əhatə edəcək.

Yenilənmiş cədvələ əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a çatdırılacaq.

Yeni hərəkət cədvəlləri avqustun 25-dən ADY-nin rəsmi internet saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.

Təmir işləri başa çatdıqdan sonra Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşımanın bərpa ediləcəyi bildirilib.

Mənbə: anews.az

Xəbər lenti