Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Həsənov Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri məktəblərinin buraxılış mərasimində iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimdə məzunlara diplomlar təqdim olunub. Ərdoğan çıxışında məzunları təbrik edib.
Mərasim çərçivəsində hərbi məktəbləri uğurla bitirən azərbaycanlı məzunlara diplomları Zakir Həsənov təqdim edib.
Mənbə: anews.az