Image

Sabah bəzi rayonlarda leysan və dolu gözlənilir

Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 18-20°, gündüz 25-28° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 17-21°, gündüz 26-31° isti, dağlarda gecə 9-14°, gündüz 17-22° isti olacaq.

N.Təbrizli

 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib

ABŞ Rusiyaya şərt qoydu