Image

Si Cinpin Ukrayna müharibəsi ilə bağlı bəyanat verib

Çin Rusiya–Ukrayna müharibəsi də daxil olmaqla, beynəlxalq və regional münaqişələr üzrə bütün tərəflərlə qarşılıqlı əlaqə və koordinasiyanı gücləndirməyə hazırdır. Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edərkən bildirib. Məlumatı "Sinxua" agentliyi yayıb.

"Ukrayna, Yaxın Şərq və Əfqanıstan kimi beynəlxalq və regional qaynar nöqtələrdə Çin bütün tərəflərlə koordinasiyanı artırmağa, kompleks yanaşmanı dəstəkləməyə və siyasi həll yollarını təşviq etməyə hazırdır", – Çin lideri vurğulayıb.

Si Cinpin həmçinin ŞƏT-in operativ mexanizmlərinin təkmilləşdirilməsini, qərarların qəbulu və icrası üzrə səmərəliliyin artırılmasını, eləcə də qlobal idarəçilikdə birgə iştirak üçün tərəfdaş ölkələrin dairəsinin genişləndirilməsini təklif edib.

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib

ABŞ Rusiyaya şərt qoydu