Image

Su obyektlərindən xüsusi istifadəyə görə yeni tariflər təsdiqləndi

Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə yeni ödəniş haqları müəyyən edilib. Ödənişin məbləği su mənbəyindən, istifadə həcmindən və məqsədindən asılı olaraq hesablanacaq. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Su Mənbələrindən İstifadəyə və Onların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. 

Tariflər Xəzər dənizi, çaylar, göllər və yeraltı sular üzrə ayrılıqda tənzimlənir. Xəzər dənizindən sənaye məqsədilə 10 min litr suyun götürülməsi 4 qəpik təşkil edir. Çay və göllərdən sənaye məqsədilə hər min litr üçün 4 qəpik, kənd və meşə təsərrüfatı üçün 10 min litrə 1 qəpik, balıqçılıq üçün isə 100 min litrə 1 qəpik ödəniş nəzərdə tutulur. Yeraltı sulardan sənaye məqsədli min litr su götürülməsi 40 qəpik, balıqçılıq üçün 100 min litr isə 2 qəpikdir. 

Tullantı sularının Xəzər dənizinə axıdılması hər min litr üçün 1 qəpikdir. Çay və göllərə məişət tullantı sularının axıdılması min litrə 1 qəpik, sənaye tullantı suları üçün isə 4 qəpik müəyyənləşib. Xüsusi qurğularda normativlərə uyğun təmizlənmiş tullantı sularına 0,7 azaldıcı əmsal tətbiq olunacaq. 

 

Mənbə: anews.az

Xəbər lenti

Əliyev Putinlə söhbət edib

ABŞ Rusiyaya şərt qoydu