Image

İŞİD-ə qoşulanAzərbaycan vətəndaşına 8 il 6 ay həbs cəzası verilib

 

Bakı Ağır Cinayətlər Məhkəməsi Suriyada silahlı münaqişədə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşına 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Sentyabrın 2-də hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ə.H. (adı şərtidir) barəsində hökm elan olunub.

İttihama görə, Ə.H. 2013-cü ildə Türkiyə ərazisindən keçərək Suriyaya gedib və İŞİD-in tərkibində silahlı döyüşlərdə iştirak edib. O, 2014-cü ildə Türkiyəyə qayıdıb və uzun müddət bu ölkədə yaşadıqdan sonra 2025-ci ildə Azərbaycana dönüb.

Məhkəmə prosesində Ə.H. özünü təqsirli bilməyib. 

Məhkəmənin hökmü ilə o, Azərbaycan Cinayət Məcəlləsinin 218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tatyana Kryuçkina

Mənbə: anews.az

Xəbər lenti