Image

Şagirdlərin elektron yerdəyişməsi prosesi sentyabrın 7-də yekunlaşır

 

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi sentyabrın 7-də başa çatacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirilməsi sentyabrın 7-də saat 12:00-da dayandırılacaq.

Həmin vaxtadək sorğu yerləşdirən valideynlər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə sentyabrın 10-u saat 15:00-dək təqdim etməlidirlər.

Qeyd olunub ki, yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik silinəcək.

Mənbə: anews.az

Xəbər lenti