Image

Avqustda 70 aptekdə yoxlama aparılıb, 19-da nöqsan aşkarlanıb

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) 2026-cı ilin avqustunda 70 aptekdə yoxlama keçirib. Bu barədə AEM-dən bildirilib.

Yoxlamaların 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 51-i planlı, 16-sı plandankənar, 3-ü isə yoxlamadan kənar olub.

Aparılan yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Mənbə: anews.az

Xəbər lenti