"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb
"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Gundem.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi Bahadur Həziyevin icarə müqaviləsinin müddəti müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, B.Həziyev müqaviləyə əsasən "Şamaxı" klubuna məxsusdur.