Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" şirkətinə məxsus gəmi Fars körfəzində ölkənin ərazi sularında hücuma məruz qalaraq zədələnib.
Bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, insident noyabrın 10-da günün ikinci yarısında baş verib.
Hazırda aidiyyəti xidmətlər hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparır.
Qeyd edək ki, "ADNOC Logistics & Services" Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) strukturuna daxildir və enerji sektorunda dəniz daşımaları və logistika xidmətləri göstərir.
Mənbə: anews.az