İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində ölən işçilərin sayı 18-ə çatıb.Bu barədə "Haber Global" məlumat yayıb.
Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyiti hələ də tapılmayıb.
Onun sözlərinə görə, həmin şəxsin axtarışı ilə bağlı xilasetmə işləri davam etdirilir.
Mənbə: anews.az