Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində baş verib.
Araşdırma zamanı cansız bədənin 1986-cı il təvəllüdlü İlqar Muradova məxsus olduğu bilinib. Kişinin nəşi evində tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: baku.ws