Image

Şuşada qaya daşlarını korlayanlar saxlanıldı - Şəhid qardaşının tutulması etiraza səbəb oldu.

Bir neçə gün əvvəl Şuşada bəzi şəxslərin şəhərdəki qaya daşlarının, abidələrin üzərinə müxtəlif ad və sözlər yazılması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Məlumata görə həmin əməlləri törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılmış, qayalar üzərindən yazılar silinmişdir.

Saxlanılan şəxslərdən 2003-cü il təvəllüdlü S.Z-nin şəhid qardaşı olduğu bildirilir.

Şəhid qardaşının həbs olunması sosial şəbəkələrdə etiraza səbəb olmuş, onun əməlinin cinayət olmadığı, şəhid qardaşı olmasının nəzərə alınmadığı, şəhid ailəsinə qarşı haqsızlıq edilməsi ilə bağlı fikirlər səsləndirilmişdir.

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb