Image

ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

İranın “M/T Kylo” neft tankeri ABŞ-ın endirdiyi zərbədən sonra Oman körfəzində batıb.Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM bildirib ki, tanker sentyabrın 5-də ABŞ qüvvələrinin İranın üç neft tankerinə endirdiyi zərbələr zamanı hədəfə alınıb.

CENTCOM-un yaydığı videoda “M/T Kylo”nun bir neçə zərbədən sonra alovlandığı, böyrü üstə çevrildiyi və batdığı görünür.

ABŞ Mərkəzi Komandanlığı daha əvvəl bildirib ki, zərbələr İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücumundan sonra həyata keçirilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb