Tovuzda “Ford”la motosiklet toqquşub,xəsarət alan var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Toqquşma nəticəsində motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: anews.az