Bakıda açıq ərazi yanır - VİDEO
Bakının Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
BAKU.WS