Image

Ali Koç yenidən "Fənərbağça"nın prezidenti seçildi

Türkiyənin "Fənərbağça" klubunda prezident seçkiləri keçirilib.

BAKU.WS xəbər verir ki, Ali Koç daha üç il İstanbul təmsilçisinin rəhbəri olacaq.

O, digər namizəd Aziz Yıldırımı qabaqlayıb.

Nəticələr rəsmən elan olunmazdan əvvəl iki namizəd kürsüyə qalxıb.

Seçkidə uduzan Yıldırım təşəkkür çıxışı edib. Koç və Yıldırım  bir-birini qucaqlayıblar.

Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça"nın prezidentidir.

BAKU.WS

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir iclas keçirib