Image

Elnarə Abdullayevanın qızının TOYUNDAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Əməkdar artist Elnarə Abdullayevanın övladının xeyir işi olub.

BAKU.WS xəbər verir ki, sənətçi paytaxtdakı məkanlardan birində qızı Xədicəyə toy məclisi təşkil edib.

Xanəndənin qızı Cavad adlı bəylə ailə qurub.

Sənətçinin xoş günündə sənət dostları da iştirak ediblər.

Onlar müxtəlif ifalar səsləndirərək rəqsləri ilə məclisi coşdurublar.

Xədicənin xınasını şairə və aparıcı Nazilə Səfərli yaxıb.

Elnarə Abdullayeva Naziləyə 200 AZN şirinlik də verib.

Xatırladaq ki, Xədicə ilə Cavad ötən ilin iyulun 12-də nişanlanıb.

BAKU.WS toydan olan görüntüləri təqdim edir:

BAKU.WS

Xəbər lenti

Xəzərdə zəlzələ olub