Image

FHN əməkdaşları velosipeddə sıxışan uşağı xilas etmək üçün dəmirkəsəni işə saldı - VİDEO

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlı velosipeddə sıxılı vəziyyətdə qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

BAKU.WS

Xəbər lenti

Brent neft bahalaşıb

Xəzərdə zəlzələ olub