Image

Fernando Musleradan transfer etirafı!

Superliqa komandalarından "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera gələcəyi ilə bağlı açıqlamalar verib. Təcrübəli qolkiper aldığı təklifi də açıqlayıb

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyədə karyerasını başa vuracağını bildirən Muslera, "Həyat yoldaşımla ayrılıq haqqında danışdım, amma türklər mənə ayrılma şansı vermədilər, orada karyeramı başa vurmağımı istəyirlər, bu məni çox sevindirir", deyib.

Qolkiper "Penyarol" və "Nasional" prezidentinin transfer üçün ona zəng etdiyini bildirib:

"Bir daha Uruqvayda oynayacağımı düşünmürəm. Geri dönmək fikrim olsa da, "Qalatasaray" buna imkan vermədi. Hər iki klubunun prezidenti mənə zəng etdi, amma, mənim prioritetim "Qalatasaray"dır dedim. Hələlik bütün diqqətimi növbəti mövsümə yönəltmişəm. Bundan sonra nə olacağını görəcəyik", - bildirib.

Muslera Uruqvayda İkinci Liqa klubu "Sportivo Bella Italia" klubunu sahibi olduğunu açıqlayıb.

Xatırladaq ki, "Qalatasaray" rəhbərliyi 37 yaşlı təcrübəli qolkiperlə müqaviləni 2025-ci il iyunun 20-dək uzadıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb