Image

Əmrullayev: Azərbaycanlı şagirdlər riyazi nəticələrin şərhində çətinlik çəkirlər

Azərbaycanlı şagirdlər riyazi məsələləri həll etməkdə nisbətən yaxşı nəticə göstərsələr də, əldə olunan nəticələri şərh etməkdə çətinlik çəkirlər. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, PISA qiymətləndirməsi şagirdlərin biliklərini üç əsas istiqamət - riyazi savadlılıq, oxu savadlılığı və təbiət elmləri üzrə ölçür. “Ənənəvi təsəvvürümüz budur ki, uşaqlarımız riyazi məsələləri kifayət qədər düzgün həll edirlər. Amma nəticələrin şərhində, xüsusən belə tapşırıqlarda, təəssüf ki, müəyyən çətinliklər var”, - Əmrullayev deyib. Nazir bildirib ki, riyazi savadlılıq yalnız hesablamanın aparılmasını deyil, real həyat hadisələrinin riyazi formada ifadə edilməsini, məsələnin həllini və alınmış nəticənin düzgün şərh olunmasını əhatə edir. Onun sözlərinə görə, Azərbaycanın yeni dərsliklərində bu bacarıqların inkişafına xüsusi diqqət yetirilir. Əmrullayev qeyd edib ki, PISA qiymətləndirməsini Azərbaycan deyil, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) həyata keçirir. Azərbaycan üzrə tədqiqatda təsadüfi seçilmiş 241 məktəbdən 7,482 şagird iştirak edib və onların göstəriciləri ölkə üzrə ümumi nəticəni təmsil edir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?