Bakıda “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək
Bakıda oktyabrın 27-də “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək.Tədbirdə etik hakerlər, kibertəhlükəsizlik tədqiqatçıları, “red team” mütəxəssisləri və beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.
Konfransda hücum təhlükəsizliyi, kritik infrastrukturun və SCADA/ICS sistemlərinin qorunması, süni intellekt əsaslı kibertəhdidlər, “dark web” kəşfiyyatı, kiber-geosiyasət və EDR sistemlərindən yayınma taktikaları müzakirə olunacaq.
Tədbirə 20-dən çox beynəlxalq spikerin qatılması planlaşdırılır. Konfrans dövlət qurumlarının mütəxəssisləri, korporativ təhlükəsizlik rəhbərləri, kibertəhlükəsizlik tədqiqatçıları və bu sahədə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Mənbə: anews.az