Image

Yer kürəsində ilk payız maqnit fırtınası başlayıb

 

Yer kürəsində payızın ilk maqnit fırtınası başlayıb və hazırda beşballıq şkala üzrə ən zəif səviyyə olan G1 kateqoriyasında qiymətləndirilir.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, geomaqnit fırtınası Moskva vaxtı ilə saat 11:00 radələrində başlayıb. Bundan əvvəl Günəşdən Yer istiqamətində plazma emissiyaları qeydə alınıb.

Laboratoriyanın proqnozuna əsasən, geomaqnit vəziyyətinin sabitləşməsi ən tez iki gün ərzində mümkündür. Bu müddətdə G2 və G3 səviyyəli daha güclü maqnit fırtınalarının baş verməsi də istisna edilmir.

Geomaqnit aktivliyinin artması nəticəsində şimal işıqlarının aktivliyi də yüksəlib. Təbii hadisə Rusiyanın şimal və şimal-qərb bölgələrində qeydə alınıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?