Abşeronda 30 sürücü saxlanılıb, 14 nəfər barəsində protokol tərtib olunub
Abşeron rayonunda keçirilən tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küylə sakinlərin rahatlığını pozan və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.
Mənbə: anews.az