Image

Əhməd İsmayılov Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Media və Yayım Şurasına sədr və üzvlərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Media və Yayım Şurasının sədri təyin olunub.

Qurumun üzvləri vəzifəsinə isə Məhəmməd İzzət oğlu Abdullayev, Aynur Əliövsət qızı Bəşirli, Rəqsanə Tofik qızı Kərimova, Fərhad Rauf oğlu Məmmədov, İlkin İlqar oğlu Nadirov və Fazil Hacıverdi oğlu Novruzov təyin ediliblər.

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?