Image

Qazax-Tovuzda şagirdlərin 88%-nin oxu bacarığı minimum səviyyədən aşağıdır

Qazax-Tovuz iqtisadi rayonunda qiymətləndirməyə cəlb olunan şagirdlərin 88%-i oxu savadlılığı üzrə ikinci səviyyədən aşağı nəticə göstərib. Mil-Muğan regionunda bu göstərici 83%, Qarabağ və Lənkəran-Astarada isə 79% olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib. Oxu savadlılığı üzrə ən aşağı orta bal Mil-Muğanda qeydə alınıb - 325 bal. Qazax-Tovuz 340, Mərkəzi Aran 341, Qarabağ 344, Şirvan-Salyan isə 346 bal toplayıb. İkinci səviyyədən aşağı nəticə göstərənlərin payı Naxçıvanda 76%, Şəki-Zaqatalada və Şərqi Zəngəzurda 75%, Dağlıq Şirvanda 73%, Mərkəzi Aranda isə 71% təşkil edib. Ən yüksək orta nəticə Bakıda qeydə alınıb - 405 bal. Paytaxtda şagirdlərin 51%-i ikinci səviyyədən aşağı nəticə göstərib. Abşeron-Xızı 393, Naxçıvan 385, Gəncə-Daşkəsən 376, Şəki-Zaqatala isə 374 bal toplayıb. Oxu savadlılığının ən yüksək - beşinci və altıncı səviyyələrinə çatan şagirdlərin payı Bakıda cəmi 0.2%, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə 0.1% olub. Digər iqtisadi rayonlarda bu səviyyələr üzrə nəticə göstərən şagird qeydə alınmayıb. Riyazi savadlılıq üzrə də ən yüksək risk göstəricisi Qazax-Tovuzda olub: şagirdlərin 75%-i ikinci səviyyədən aşağı nəticə göstərib. Bu göstərici Lənkəran-Astarada 70%, Qarabağda 67%, Mil-Muğanda və Naxçıvanda isə 65% təşkil edib. Təbiət elmləri üzrə ikinci səviyyədən aşağı nəticə göstərənlərin payı Qazax-Tovuzda 76%, Lənkəran-Astarada 70%, Mil-Muğanda 69% və Qarabağda 66% olub. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah hava necə olacaq?